IMG 20250123 WA0100

“Müharibəni bitirmək üçün ən qısa zamanda Putinlə görüşmək istəyirəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Davosda Dünya İqtisadi Forumunun iştirakçılarının suallarını cavablandıran Tramp bildirib ki, insanların həyatını xilas etmək üçün münaqişənin bitməsinə çalışır.

“Mən Vladimir Putinlə görüşməyi iqtisadi maraqlar üçün deyil, milyonlarla insanın həyatını xilas etmək üçün istəyirəm. Döyüş meydanlarında neçə gənc güllə yarasından həyatını itirir”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp həmçinin yaxın zamanda Çin Lideri Si Szinpinlə telefon danışığı zamanı Ukraynadakı müharibəni müzakirə etdiyini və Çinin bu konfliktin başa çatması üçün yardımçı olacağına ümid etdiyini vurğulayıb.

Paylaş: