“Ermənistan sülh müqaviləsinin məzmunu ilə bağlı təkliflərini Azərbaycana göndərib, hazırda cavab gözləyirik”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, müqavilə mətnində razılaşdırılmayan son iki maddə ilə bağlı müzakirənin aparıldığını bildirib:
“Əsasən yekun razılaşmanın olmadığı iki maddə ilə bağlı fikirlərimizi Bakıya təqdim etdik. Bu maddələrin detalları barəsində açıq şəkildə danışdıq. Ümid edirik ki, həll yolunu tapacağıq”.
Əliyar Xəlil
Globalinfo.az