erdogan bolu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gəlib.

Globalinfo.az xəbər verir ki, o, hazırda yanğın zamanı həyatını itirən Gültekin ailəsinə məxsus on dörd nəfərin vida mərasimində iştirak edir.

X X X

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu vilayətinə gedəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Ərdoğanın yanğın nəticəsində həyatını itirən vətəndaşların cənazə namazına qatılacağı gözlənilir.

Xatırladaq ki, yanvarın 21-i səhər saatlarında Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər ölüb, 51 nəfər yaralanıb. Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb.

Paylaş: