erdogan putin son

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə teleqram Kremlin saytında dərc olunub.

Putin hadisə qurbanlarının yaxınlarına da başsağlığı və dəstək sözlərini çatdırmağı xahiş edib, bütün xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerliqaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.

Paylaş: