Tramp çıxışını bitirdi, “Bitkoin”in qiyməti endi

Tramp çıxışını bitirdi, "Bitkoin"in qiyməti endi

“Bitkoin”in dəyəri 100 min 500 dollara qədər enib.

Globalinfo.az xəbər verir ki, bu barədə RBC məlumat verib.

Məlumatda qeyd edilib ki, buna səbəb ABŞ-ın yeni Prezidenti Donald Trampın inaqurasiya çıxışında kriptovalyutalardan danışmadan bitməsi olub.

Belə ki, inaqurasiya mərasimi bitəndən sonra birjalar buna dərhal reaksiya verib, “Bitkoin”in dəyəri 106 min 500 dollardan 100 min 500 dollara (-6%) qədər enib.

Qeyd edək ki, yanvarın 20-də səhər saatlarında isə kriptovalyutanın qiyməti tarixi maksimumunu yeniləyərək ilk dəfə 109 min dollara yüksəlmişdi.