“Mənim heç vaxt deputatlıq ambisiyam olmayıb. Amma ölkəmizdə kənarda qala bilmədiyim hadisələr baş verdi. Şəxsi nöqteyi-nəzərdən heç nəyə qarışmamaq, həyatımı yaşamaq mənim üçün daha xoş və asan olardı”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasından olan deputat Levon Köçəryan deyib.
O, Rusiyanın kömək edəcəyi təqdirdə Ermənistanın baş naziri postuna iddialı olub-olmayacağı haqda suala belə cavab verib:
“Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini bilmirəm. Amma düzünü desəm, baş nazir olmaq kimi ambisiyam yoxdur. Bir neçə il əvvəl məndən deputat olub-olmayacağımı soruşsaydınız, bunu da istisna edərdim. Heç vaxt “heç vaxt” deməməliyik. Ona görə də gələcəkdə baş verən proseslərdən asılı olaraq fərqli situasiya ilə qarşılaşa bilərik”.
Qeyd edək ki, Xocalı qatili Robert Köçəryanın oğlu L.Köçəryanın bu açıqlaması onun Ermənistanda hakimiyyətə gəlmək amibisiyası kimi qəbul edilib.
Safura Bənnayeva
Globalinfo.az