“Qərb ölkələrinin agentləri Serbiyada tələbələr və digər etirazçıların köməyi ilə rəngli inqilaba cəhd edirlər”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Rəngli inqilab cəhdləri, konstitusion nizamın Qərb instruktorlarının köməyi ilə devrilməsi cəhdləri davam edir”, – o bildirib.
Vuçiç deyib ki, hökumətin buna şübhəsi yoxdur, amma onlar son ana qədər səbir nümayiş etdirəcəklər. O, Qərbin öz agentləri ilə bəzi tələbələrə böyük nəqliyyat kəsişmələrində hərəkətin dayandırılması çağırışı etdiklərini bildirib.
Əliyar Xəlil
Globalinfo.az














