Ermənistan hökuməti Nazirlər Kabinetinin yanvarın 16-da keçirilən iclasında Almaniya ilə maliyyə əməkdaşlığı haqqında sazişin imzalanmasını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, müqaviləyə əsasən, İrəvana 26 milyon avroya qədər kreditin, 2 milyon avro isə qrant verilməsi nəzərdə tutulur.
Məlumata görə, Ermənistana “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı: IV faza” layihəsi üçün Bərpa Kreditləri Bankından 26 milyon avro kredit veriləcək.
Bundan əlavə, Almaniya hökuməti Ermənistan hökumətinə “Bərpa olunan enerjinin inkişafı və enerji səmərəliliyinin inkişafı: Faza V” layihəsi çərçivəsində 40 milyon avroya qədər güzəştli kredit almaq imkanı təklif edir.
Əliyar Xəlil
Globalinfo.az