243845201717481777

“Ermənistan hakimiyyətinin addımları təhlükəli nəticələrə gətirib çıxara bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vaaqn Melikyan deyib.

O bildirib ki, ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd Ermənistanın təhlükəsizliyinə heç bir təminat verməyəcək.

“Bu cür sənədlərin imzalanması ağılsız addımdır. Çünki nəinki Amerika administrasiyasında dəyişiklik baş verir, hətta ABŞ-ın xarici siyasətindəki vurğu da kəskin şəkildə dəyişir. Hakimiyyət isə bu sənədi uğur kimi cəmiyyətə sırıyacaq. Ermənistan bu regionun bir hissəsidir və İrəvandakı hakimiyyətin bu amili nəzərə alaraq apardığı siyasət risklərlə doludur. Bütün bunlar Ermənistan üçün problemlər yaradacaq. Söhbət enerji resurslarından, nəhəng satış bazarından və Rusiyada yaşayan soydaşlarımızdan gedir”, – deyə Melikyan vurğulayıb.

Мüşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: