pasinyan ela 11 1

“Nikol Paşinyan Moskvanın Ermənistanın Aİ ilə bağlı qərarından narazılığını yumşaltmaqda o qədər uğurlu olmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey markedonov deyib.

“Ötən həftə Ermənistanın Nazirlər Kabineti ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı prosesi başlamaq üçün qanun layihəsini təsdiqlədi. Ancaq Aİ-nin bir çox nümayəndələri bu addımı İrəvanın Rusiyadan uzaqlaşmaq cəhdi kimi şərh etməyə tələsdilər. Rusiya media məkanında bu təşəbbüs Moskva ilə münasibətlərdə yeni “qırmızı xətt” kimi xarakterizə edilib. Bu kontekstdə Paşinyanın sözügedən məsələ ilə bağlı qərarın ancaq referendum yolu ilə verilə biləcəyini deməsi diqqət çəkir.  Baş nazir bununla Moskvanın narazılığını azaltmağa çalışır. Rusiyada isə reaksiya hələ ki, təmkinlidir. Buna baxmayaraq, Ermənistanın Aİİ ilə əlaqələri digər inteqrasiya birlikləri ilə müqayisədə daha stabil olaraq qalır. Çünki Aİ-yə inteqrasiya üçün rəsmi İrəvanın canfəşanlığından əlavə, Brüsselin və üzv dövlətlərin də razılığı lazımdır”, – deyə Markedonov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: