ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında danışıqlar keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals məlumat verib.
O, D.Trampla V.Putin arasında danışıqlar üçün hazırlıqların getdiyini bildirib.
“Tramp hesab edir ki, Rusiya ilə danışıqlar olmadan Ukrayna münaqişəsinin həlli mümkün deyil”, – Mayk Ults deyib.