Türkiyənin sosial şəbəkə fenomeni və DJ Kerimcan Durmaz saxlanılıb.
Globalinfo.az xəbər verir ki, fenomen qanunsuz mərc oyunlarını reklamı etməkdə günahlandırılır.
Belə ki, o, bir mərc oyunu saytının təşkil etdiyi konsertdə DJ olaraq çıxış edib. Durmaz barəsində istintaqın başladıldığı bildirilir.
İstanbul Baş Prokurorluğunda onun saxlanılmazı ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, bir müddət öncə Türkiyənin məşhur müğənnisi Serdar Ortaç və tanınmış şoumen Mehmet Ali Erbil də eyni səbəbdən saxlanılıb.
Kerimcan Durmaz yasa dışı bahis soruşturmasında gözaltına alındı.
pic.twitter.com/qpVyT8CVHb— Etkili Haber (@etkilihaber) January 7, 2025
Əliyar Xəlil
Globalinfo.az