1732268232 1695666303 1689096734 1683132000 1670958039 1651944139 d5da28d4155090836493725485010635950 5

Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.

Belə ki, hava şəraitinin dumanlı olması səbəbdən “Nissan Patrul” markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan “Mersedes Viano” markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Ə.Z hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Paylaş: