Bakıya gələn Messi Ağ Evə niyə getmədi? – Özü açıqladı

Bakıya gələn Messi Ağ Evə niyə getmədi? - Özü açıqladı

ABŞ Prezidenti Cozef Bayden 19 nəfəri “Prezident Azadlıq medalı” ilə təltif edib.

Globalinfo.az xəbər verir ki, Bayden nominantları “Amerikanı və dünyanı yaxşı edən böyük liderlər” adlandırıb.

Medala layiq görülənlər arasında ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, iş adamı Corc Soros, Tim Qil, Devid Rubinşteyn, antropoloq Ceyn Qudol, futbolçu Lionel Messi, basketbolçu Mecik Conson, musiqiçi Bono, aktyorlar Maykl Cey Foks və Denzel Vaşinqton, jurnalist Anna Vintur, modelyer Ralf Loren və digərləri yer alıb.

19 mükafatçıdan 4-nə medal ölümündən sonra təqdim edilib.

Məlumata görə, Messi işlərinin çoxluğu səbəbindən mərasimdə iştirak etməyib, lakin daha sonra medalı alacağını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl L.Messi Bakıya gəlmişdi.

Əliyar Xəlil

Globalinfo.az