Israil tankl 1254

İsrail ordusu ilk dəfə Livanın cənubunda yerləşən Beyt Lif qəsəbəsinə daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Livanın NNA nəşri məlumat yayıb.

Bildirilib ki, İsrailə məxsus hərbi texnikalar ilk dəfə Beyt Lifə girib və ərazidə bombardman həyata keçirib.

Nəşr yazır ki, İsrail əsgərləri meşəlik ərazilərdə yerləşən evlərdə axtarışlar aparıblar:

“İsrail ordusuna məxsus “Merkava” tankı evlərdən birinə iki dəfə atəş açıb. Bundan başqa, toplarla ərazidə bəzi yerlər vurulub”.

Qeyd edək ki, İsraillə Livan arasında atəşkəs ötən il noyabrın 27-də qüvvəyə minmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: