nerimanov polis idaresi

Nərimanov Rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Globalinfo.az xəbər verir ki, polis idarəsinin yeni binasının inşaat işləri müasir standartlara uyğun aparılıb.

Xidməti və yardımçı otaqlar elmi-texniki yeniliklərə əsaslanan zəruri avadanlıq, kompüter sistemi, inventarlarla təmin olunub və burada əməkdaşların xidməti səmərəli təşkil  etmələri üçün hər bir şərait yaradılıb.

Yeni inşa edilən beş mərtəbəli inzibati binada iş və iclas otaqları, akt zalı, yeməkxana kompleksi, eləcə də məişət, təsərrüfat, texniki və digər otaqlar yerləşdirilib.

Binada şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş idman zalı da istifadəyə verilib.

Bildirilib ki, istifadəyə verilən növbəti infrastrukur insanlara keyfiyyətli və səmərəli xidmətin daha da genişlənməsinə şərait yaradacaq.

14100c49 9aad 4e81 92ed 3c9a5fb532c6
90358a40 aa84 4929 8f9a 21c53f65d850 1
c74f1336 1b39 4600 8d89 6cb7ee02fe57

Paylaş: