ABŞ-ın Texas və Missisipi ştatlarını cənginə alan silsilə tornadolar nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu məlumatı Texas ştatının meteorologiya xidməti təsdiqləyib.
Qeyd olunur ki, Liverpul (Texas) bölgəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Digər şəxs isə Missisipi ştatında ölüb, orada 2 nəfər yaralanıb.
Təbii fəlakət səbəbindən 80 minə yaxın ştat sakini işıqsız qalıb.
Milli Meteorologiya Xidməti Corciya ştatının qərbində və Florida ştatının şimal-qərbində, o cümlədən Meksika körfəzi istiqamətində tornado və şiddətli tufanlar barədə xəbərdarlıq edib.