8fe344e9 7f20 4fe0 86c9 3491c93b5063

Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçirdiyi əməliyyatla saxlanılan Duanna ləqəbli tiktoker xanım Duanna Quliyeva və Tosu ləqəbli Tiktoker Məhərrəm Həsənov da həbs ediliblər.

Globalinfo.az Bakues.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə təqsirli bilinərək barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatının istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

Paylaş: