“Suriyanın yeni hökuməti ölkənin bütün ərazisinə nəzarəti tam bərpa etsə, Türkiyə burada PYD-YPG terror birləşmələrinə qarşı hərbi əməliyyat keçirməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, Suriyada kürd muxtar zonasının yaradılmasına bu ölkənin xalqının qərar verməli olduğunu bildirib:
“PKK və YPG-nin Suriyada genişlənməsi Türkiyə üçün ciddi təhdid kəsb edir. İndi Dəməşqdə yeni administrasiya var. Məncə, bu ilk növbədə onların diqqətində olan məsələdir. Yeni hökumət məsələni həll etsə, bizim müdaxilə üçün səbəbimiz olmayacaq.
Ankara istəyir ki, kürdlər və ərəblər iki xalq kimi bir dövlətdə yaşasınlar. Onları öz doğma şəhərləri və kəndlərindən zorla çıxartmaq olmaz”.
Əliyar Xəlil
Globalinfo.az