Gecə saatlarında Bakı şəhər Nizami rayonu, M.H.Kazımov küçəsində yerləşən “Monte Karlo” şadlıq evinin qarşısında insident olub.
Globalinfo.az bildirir ki, bir qrup şəxs gecə saat 1 radələrində şadlıq evinin qarşısında yığışaraq dalaşıblar. Bu zaman ərazidə xidmət edən polis naryadı həmin şəxsləri bölməyə dəvət etsələr də, onlar müqavimət göstəriblər. Hadisə yerinə əlavə polis qüvvəsi cəlb edilərkən insident törədən şəxslər qaçmağa çalışıblar.
Həyata keçirilən tədbirlərlə insident iştirakçılarından bir neçəsi saxlanılıb. Nizami Rayon Məhkəməsinin qərarı ilə onlara 20-25 sutka həbs cəzası verilib.
Gülnar Səlimova
Globalinfo.az