neolit yangin

Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın zamanı xəsarət halı ilə bağlı hər hansı fakt qeydə alınmayıb.

Globalinfo.az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimaiyyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“Hazırda kanstruksiyaların sökülmə işləri həyata keçirilir. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır”, – deyə o qeyd edib.

Paylaş: