Niderlandın Ermənistandakı səfiri Marieke Monroy Vinter Azərbaycan sərhədinə gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mətbuat xidməti məlumat yayıb.
Səfir missiyanın Vayots-Dzor bölgəsinin sərhəddəki Xaçik kəndində yerləşən mərkəzinə baş çəkib. Niderland rəsmisi missiyanın heyəti ilə görüşüb və Xaçik kəndi ərazisindəki patrul xidmətinə qoşulub.
Qeyd edək ki, bundan öncə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Aİ missiyasının Xaçikdəki ofisini ziyarət etmişdi.
Əliyar Xəlil
Globalinfo.az














