ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin öz oğlu Hanter Baydeni əfv etməsini “vəzifə səlahiyyətlərindən sui-istifadə” adlandırıb.
Globalinfo.az xəbər verir ki, bu sözləri Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşıb.
O, Baydeni oğlu yerinə ABŞ Konqresinə hücum edən şəxsləri əfv etməyə çağırıb.
Qeyd edək ki, Hanter Baydenlə bağlı cinayət işi 2019-cu ildən aparılır. O, Ukrayna ilə bağlı korrupsiya fəaliyyətində ittiham olunurdu. Co Bayden bundan öncə oğlunu əfv etməyəcəyini desə də, dünən ona qarşı ittihamları siyasi adlandıraraq əfv edib.
Əliyar Xəlil
Globalinfo.az