Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifədən gedəcək.
Globalinfo.az xəbər verir ki, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, S.Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.
Kobaxidze parlamentin hökumətin yenilənmiş tərkibinə etimad göstərməsindən sonra yeni nazirləri təyin etdiyini bildirib.
“Dünən mən 12 naziri vəzifələrə təyin etdim və bununla da oktyabrın 26-da parlament seçkisinin nəticələrinə əsasən yeni hökumətin formalaşdırılmasını başa çatdırdım”.