georgia politics foreignagents 90e

Polis Gürcüstan parlamenti yaxınlığında etirazçıların kütləvi həbsinə başlayıb.

Globalinfo.az xəbər verir ki, “Çiçinadze” və “9 Aprel” küçələrində nümayişçilərə qarşı su şırnaqlarından və bibər qazından istifadə edilir.

Hazırda xəsarət alanların dəqiq sayı məlum deyil. Onların arasında “TV Pirveli”nin jurnalisti Mariam Qaprindaşvili də var.

Hadisə yerindən çəkilən görüntülərdə polisə şüşə, fişəng, yumurta, rəngli tüstü atıldığı görünür.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: