ABŞ Ermənistandakı qərbyönlü partiyaları 2026-cı ildə keçiriləcək seçkilərdən sonra parlamentdə yer qazanmaları üçün indidən dəstəkləməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Kəşfiyyat erməni xalqının doğru qərar verməli və tədbir görməli olduğunu bildirib:
“Onların qonşu Gürcüstandan nümunə götürərək obyektiv milli maraqlara, adət-ənənələrə üstünlük vermələri, Ermənistanın idarəetməsini ələ almaları tövsiyə olunur”.
Əliyar Xəlil
Globalinfo.az