peskov

“Rusiya Prezidenti Vladimir Putin Ukaynada sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın münaqişənin həlli üzrə çalışmaq niyyətində olması ilə bağlı yayılmış məlumatı şərh edərkən deyib.

Trampın milli təhlükəsizlik üzrə gələcək müşaviri Maykl Vals bir qədər əvvəl bildirib ki, yeni prezidentin komandası Rusiya ilə Ukrayna arasında sülh sazişinin mümkünlüyü haqda hazırkı prezident Co Baydenin administrasiyası ilə işləməyi planlaşdırır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: