c788551cf9989d8480e9528ab5527a05

Rusiya Ukraynanı “Oreşnik” ballistik raketi ilə vurmazdan yarım saat öncə ABŞ-a bildiriş göndərib.  

Globalinfo.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya da Amerika Birləşmiş Ştatlarındakı analoji sistemlə daimi əlaqə saxlayır. Kreml nümayəndəsi aydınlaşdırıb ki, xəbərdarlıq buraxılışdan 30 dəqiqə əvvəl avtomatik olaraq göndərilib.

Qeyd edək ki, daha əvvəl Peskov Rusiyanın “Oreşnik”dən istifadə edilməsi barədə ABŞ-a məlumat vermədiyini bildirmişdi. Onun sözlərinə görə, Moskvanın belə bir öhdəliyi yoxdur, çünki “Oreşnik” qitələrarası strateji raket deyil, orta mənzilli silahdır.

Dünyanın nüfuzlu “CNN” telekanalı da öz mənbəsinə istinadən ABŞ-ın Rusiyanın raket hücumundan əvvəlcədən xəbərdar olduğunu açıqlayıb. Hətta Vaşinqtonun bu barədə Ukrayna və digər ölkələrə xəbərdarlıq göndərdiyi də bildirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: