Srbuhi Qalyan Ermənistanın yeni ədliyyə naziri təyin edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Vaaqn Xaçatryan sərəncam imzalayıb.
Prezident Baş nazir Nikol Paşinyanın tövsiyəsi əsasında bu vəzifənin Qalyana tapşırıldığını bildirib.
Qeyd edək ki, bir müddətdir İrəvan hökumətində bu vəzifəyə kimin təyin olunacağı ilə bağlı intensiv müzakirələr aparılırdı. Müxalifət kəsimi fərqli namizədlərin adını çəksə də, hakim Mülkü Müqavilə Partiyası kritik vəzifəyə daha etibarlı şəxsin, yəni 32 yaşlı Srbuhi Qalyanın təyinatını təklif etmişdi.
Əliyar Xəlil
Globalinfo.az














