“ABŞ İsrailin İrana hücumunda iştirakçıdır və buna görə cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Əmir Səid İrəvani deyib.
“ABŞ-ın İsrailə texniki imkanlar və hücum silahları verməsi İsrailin İrana qarşı aqressiv hücumlarına daha çox şərait yaradır. ABŞ hökuməti İsrail aqressiyasının iştirakçısıdır və nəticələrinə görə məsuliyyət daşıyacaq”, – o bildirib.
Qeyd edək ki, ABŞ bundan öncə İsrail və İranı qarşılıqlı hücumları dayandırmağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az