Oktyabrın 28-də Bakıya leysan xarakterli yağış yağması nəticəsində əksər küçələri su basıb.
Globalinfo.az xəbər verir ki, paytaxtın müxtəlif yol, tunel və küçələrinin su altında qaldığına dair görüntülər yayılıb.
Məlumata görə, Bağırov körpüsünün alt keçidinə yağış suyunun dolması səbəbindən avtomobillərin hərəkəti çətinləşib.
Oktyabrın 22-də yağış suyunun dolması nəticəsində iki nəfərin boğularaq həyatını itirdiyi Sabunçu tunelində yenidən təhlükəli vəziyyət yaranıb. Səhər saatlarından etibarən yağan yağış tuneldə su toplanmasına səbəb olub. Hazırda tunelin avtomobillərin keçidinə bağlandığı bildirilir.
Görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az