17299624571470516562671d21d969dcf

Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıblar.

Globalinfo.az xəbər verir ki, bu ölkələr birgə bəyanatla çıxış edərək Gürcüstandakı seçkiləri tanımadıqlarını açıqlayıblar.

Xatırladaq ki, Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası 54,2% səslə qalib gəlib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və onların total şəkildə saxtalaşdırıldığını bəyan edib.

Müxalifət də seçkinin nəticələrini tanımadığını elan edib. Ölkənin sabiq prezidenti Mixail Saakaşvili də tərəfdarlarını etiraza səsləyib.

IMG 20241027 225817 182IMG 20241027 225817 519

Paylaş: