1000036153

İsrail Hərbi Hava Qüvvələri Uzay bölgəsində İran səfirliyinin yerləşdiyi Beyrut ərazisinə raket atıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Livanın Mülki Müdafiə Xidmətindəki mənbə bildirib.

Qeyd olunur ki, raketlər İran səfirliyinin yerləşdiyi ərazidə yaşayış binasına düşüb.

Raket zərbələrinin İranın Beyrutdakı səfirliyinin yaxınlığında yerləşən bir evə düşdüyü bildirilir.

Qeyd edilib ki, binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ətraf küçələr bağlanıb. İran səfirliyi ərazisində vəziyyət gərgin olaraq qalır.

Aviazərbələr nəticəsində insan tələfatı olub-olmaması ilə bağlı hələ ki heç bir məlumat verilmir.

1000036151

Paylaş: