1200x675 cmsv2 ba94f4db 8ebd 5886 945f 449ea0828d8b 8801516

Ötən gündən etibarən Bakıya yağan leysan xarakterli yağışın bir sıra fəsadlar törətdiyi açıqlanıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, yağışdan sonra küçələrdə subasmanın səbəbi yağıntının illik normadan dəfələrlə artıq olmasıdır. Həmçinin yağış sularının axıdılması üçün istifadə olunan kollektorlarda da problem yarandığı bildirilib.

Globalinfo.az xəbər verir ki, bənzər hadisə və görüntülər hazırda dünyanın müxtəlif ölkələrində də müşahidə olunur.

Belə ki, iki gün öncə şiddətli yağıntı səbəbindən İtaliyada sarı və narıncı xəbərdarlıq edilib. Güclü yağış bütün ölkədə daşqınlara səbəb olub. Toskanadakı Elza və Siciliyadakı Salso çayları məcralarından çıxıb, sakinlərə təhlükə ilə bağlı xəbərdarlıq olunub. Boloniyada sel fəlakəti nəticəsində avtomobillərə ziyan dəyib, bir uşaq ölüb.

Dünyanın əsas inkişaf etmiş ölkələrindən hesab edilən Fransada da leysan yağışları daşqına və fəlakətlərə səbəb olub. Nəticədə bir sıra ərazilərdə elektrik enerjisi kəsilib. Əksər evlər pis vəziyyətə düşüb, sakinlər təxliyə edilib. Paris meriyası 48 saat ərzində 700 millimetrə qədər yağışın yağdığı, bunun ölkə üzrə illik normadan çox olduğunu açıqlayıb. Fransa Daxili İşlər Nazirliyi sadəcə Paris ərazisində zərər çəkmiş ərazilərə 1500 xilasedicinin göndərildiyini bildirib.

Həmçinin Avropanın bir sıra ölkələri və Rusiya Federasiyanda leysan yağışlar daşqınlara səbəb olub. İnsanların bir qismi riskli zonalardan təxliyə edilib.

Qeyd edək ki, hazırda Bakı və bölgələrdə leysan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: