Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Açıqlanan son məlumata görə, bülletenlərin 98,51 %-nin işlənməsindən sonra ən çox səs toplayan ilk 5 namizəd aşağıdakılardır: hazırkı prezident Maya Sandu – 42,07 %, Aleksandr Stoyanoqlo – 26,27 %, Renato Usatıy – 13,72 % İrina Vlax – 5,44 %, Viktoriya Furtune – 4,50 %.
***09:57
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ölkədə keçirilən prezident seçkilərində 41,84 faiz səslə öndədir.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ilkin nəticələri Moldovanın Mərkəzi Seçki Komissiyası açıqlayıb.
Hələ ki bülletenlərin 97,88 faizi hesablanıb.
İkinci pillədə isə 26,35 faizlə ölkənin keçmiş baş prokuroru Alensadr Stoyanoqlo yer alıb.
İlk üçlüyü isə səslərin 13,77 faizini qazanan “Bizim partiya”nın lideri Renato Usatıy tamamlayıb.
Qeyd edək ki, səsvermədə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan ediləcək. Əks halda isə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək və burada birinci turun iki lideri iştirak edəcək.
Onu da xatırladaq ki, 52 yaşlı M.Sandu 2020-ci ildən Moldova Prezidentidir.














