korpe dis

Quba Rayon Mərkəzi Xəstəxanasında yeni doğulun körpənin ağzında dişinin olması hər kəsi təəccübləndirib. Görüntülərdən sonra ictimaiyyət fərqli fikirlər irəli sürüb. Belə ki, bir qisim dişin çəkilməli olduğunu desə də, digərləri bunun təhlükəli olduğunu qeyd edib. Maraqlıdır, belə körpələrin dişinin çəkilməsi təhlükəlidirmi?

Globalinfo.az-a danışan həkim ortodont Əmrah Ramazanov heç bir təhlükənin olmadığını bildirib.

Onun sözlərinə görə, belə halda körpənin dişi çəkilə bilər:

“O dişləri rahat şəkildə çəkmək olar. Ona görə ki, həmin dişlər süd əmmə effektinə problem yarada bilər. Adətən, belə dişlər alt çənədə olur. Hətta buna görə narahat olmağa gərək də yoxdur. Bilməlidirlər ki, sadəcə, uşaq ana bətnində olanda anormal bir diş inkişaf edib. Başqa səbəb görmürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: