
Oktyabrın 17-də Ermənistan parlamentində növbəti qalmaqallı hadisə baş verib.
Globalinfo.az lent.az-a istinadən bildirir ki, müxalifətin təşkil etdiyi parlament dinləmələri zamanı təhlükəsizlik qüvvələri iclas otağına soxularaq “Akunk” Siyasi Təhlil Mərkəzinin rəhbəri, keçmiş deputat Ruben Akopyanı zorla oradan çıxarıblar.
Bu davranışın səbəbi açıqlanmayıb. Məlum olub ki, bu barədə parlamentin Aparat rəhbəri göstəriş verib.













