pasinyan 1 1

“Hazırda Ermənistanın ən ciddi prblemlərindən biri emiqrasiyadır, insanların niyə ölkədən sürətlə mühacirət etdiyini anlamalıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanda insanların əsas qayəsi oğullarını əsgərliyə göndərməməkdir:

“Demoqrafik problemlərin təməli yoxsulluq, təhsilsizlik, iqtisadi çətinliklər və inkişaf etməyən sosial mühit kimi məsələlərdir. Bütün bu məsələlər həll edilməlidir. Amma indi bizdə fərqli vəziyyət yaranıb. İnsanlar oğlanlarını əsgərliyə göndərməməyin yollarını axtarırlar, ölkəni tərk etmək onlar üçün çarə kimi görünür. Biri var oğlunu orduya göndərməməyə çalışasan, biri də var onun əsgərlik vəzifəsini yerinə yetirməsi üçün addım atasan. İki halda fərqli situasiya yaranır”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: