tag reuters.com2022 newsml LYNXMPEIB209E 12022 12 03T193357Z 1 LYNXMPEIB209E RTROPTP 3 RUSSIA PUTIN

“İrəvan hökuməti Rusiyanın regiondan çıxarılması layihəsini reallaşdırır. Ermənistan-İran sərhədi ilə bağlı əldə olunan razılıq bunun təsdiqidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni analitik Vardan Akopyan deyib.

Akopyan bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla çox səbirlə danışır:

“Bu, Moskvanın Kiyevə 8 il ərzində (2014-2022) göstərdiyi münasibətə bənzəyir. Lakin biz onun səbir kasası dolanda situasiyanın necə bitdiyini gördük. İndi də təxminən eyni vəziyyət yaşanır. Rusiya prezidenti maraqlarından yola çıxaraq maksimal səbir göstərir. Görünür, Putinin özünün yekun vaxtı var və o, sadəcə həmin tarixi gözləyir”.

Akopyan deyib ki, Paşinyanın “sülh qovşağı” layihəsi Qərbin ideyasıdır. Onun sözlərinə görə, bu yolda heç bir enerji kommunikasiyaları qurulmayacaq, çünki regionda artıq bənzər əlaqələr var və onlar Ermənistandan yan keçirlər. O, nəqliyyat kommunikasiyalarının Qərbə hərbi yüklər və güclərin hərəkəti üçün lazım olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: