ronen bar

İsrailin Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Bar məxfi şəkildə Misirin paytaxtı Qahirəni ziyarət edib.

Globalinfo.az xəbər verir ki, məlumatı Misir mətbuatı yayıb.

Bildirilib ki, o, Misirdə ölkə kəşfiyyatının rəhbəri Abbas Kamalla görüşüb. Barın Kamalla əsas müzakirəsinin HƏMAS-ın əlindəki girovlarla bağlı danışıqların yenilənməsi olduğu vurğulanıb. Yerli KİV danışıqlarla bağlı təşəbbüsün HƏMAS-dan gəldiyini bildiriblər.

Qeyd edək ki, HƏMAS-ın əlində hazırda yüzlərlə israilli girov var. HƏMAS onları İsrailə verməkdən imtina edir, bunu İsrail ordusunun Qəzzadan çıxacağı təqdirdə edəcəyini söyləyir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: