oruc zalov

“Mən çox ağır zamanlarda işləyib, xidmətimi aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacağam”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ötən gün təqaüdə göndərilən daxili işlər nazirinin müavini general-leytenant Oruc Zalov manset.az-a açıqlamasında deyib.

“İndiyə qədər gərgin iş buna imkan vermirdi, bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacam”, – o bildirib.

Qeyd edək ki, ötən gün Daxili İşlər nazirinin müavini general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

Paylaş: