Elman Paşayevin başqa cinayətləri də olub?

Elman Paşayevin başqa cinayətləri də olub?

Müstəntiqlər istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevin cinayətin digər versiyalarında iştirakını yoxlayır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

“Hüquq-mühafizə orqanları təqsirləndirilən Paşayevin digər oxşar cinayətlərin törədilməsində iştirakını yoxlayır, cinayət işində digər dələduzluqlar da ola bilər, istintaq davam edir”, – agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Ukraynaya qarşı xüsusi əməliyyatda iştirak edən məhbuslara pul qarşılığında arxa cəbhədə oturmağı təklif etməkdə şübhəli bilinir.