ABŞ-da prezidentliyə namizəd Kamala Harrisin əri Duqlas Emhoff dünyanın ən nüfuzlu yəhudiləri siyahısına başçılıq edir.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı “Yerusalim Post” nəşri yazıb.
Bildirilib ki, D.Emhoff dünyanın ən nüfuzlu 50 yəhudisinin reytinqində liderdir:
“O, noyabrın 4-də keçiriləcək prezident seçkilərində Harrisin qalib gələcəyi təqdirdə ABŞ-ın ilk centlmeni olmaq imkanına görə siyahıda birinci yerdədir”, – nəşr yazıb.














