vilayet ela

Bu gün general-mayor Oqtay Kərimov Daxili işlər naziri Vilayət Eyvazovun müavini təyin edilib. O, yeni vəzifədə 70 yaşı tamam olan general-leytenant Oruc Zalovu əvəz edib.

Globalinfo.az xəbər verir ki, Oqtay Kərimov daha əvvəl Daxili Qoşunlarda Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb. O, daha sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Az sonra isə O.Kərimov həmin idarənin rəisi təyin edilib.

Oqtay Kərimov 2015-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2018-ci ildə isə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

WhatsApp Image 2022 12 17 at 13.01.46

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: