“Hizbullah” lideri Həsən Nəsrullah ölümündən öncə hərəkatın atəşkəsə razılaşdığını açıqlamışdı”.
Globalinfo.az xəbər verir ki, bunu Livanın xarici işlər naziri Abdullah Bou Həbib deyib.
“Bizə dedilər ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və Fransanın sentyabrın 25-də elan etdiyi atəşkəs çağırışını təsdiqləyib. Biz də “Hizbullah”ın razılaşmasına nail olduq. Sonra nə baş verdiyi isə hər kəsə məlumdur”, – Həbib bildirib.
Qeyd edək ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində öldürülüb.