media 1759396139.orban 1759394643328 770x 40uyg5

“Macarıstan Ukraynanın 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Ukraynanın Aİ-yə qəbulu sülh gətirməyəcək, əksinə Avropada müharibəyə səbəb olacaq. Bu, müzakirə mövzusu deyil: Macarıstan öz təhlükəsizliyinə qarşı təhdidi maliyyələşdirməyəcək, silahlandırmayacaq və ya qanuniləşdirməyəcək”, – o qeyd edib.

Baş nazir əlavə edib ki, Kiyev təhlükəsizliyindən danışarkən, Ukrayna hərbi liderləri Macarıstana qarşı sərt təhdidlər irəli sürür.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: