Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell çağırış edib. Deyib ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiya hava limanlarına Qərb silahlarından atəş açmağa icazə verilməlidir.
“Ukraynaya hava limanlarını və Rusiya ərazisindəki obyektləri Qərb silahları ilə hədəfə almağa icazə verilməlidir”.
Belə çağırışlar artmaqdadır, elə Ukraynanın da marağı bundadır.
Hazırkı vəziyyətdə Ukraynaya bu dəstək veriləcəkmi? Yoxsa yenə Qərbin Yaxın Şərqdəki proseslərə başı qarışıb Ukrayna ikinci plana atılacaq?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Rusiya-Ukrayna müharibəsini Yaxın Şərqdə baş verən proseslərdən ayırmaq olmaz:
Əziz Əlibəyli
“İki müharibə arasında ciddi logistik əlaqə var. Ukrayna üçün ayrılmış silahlar, maliyyə Yaxın Şərqdə İsrail arsenalında yer alır. Bu əlaqə diqqətlə nəzərdən keçirilməlidir. Rusiya Ukraynanın Qərb müttəfiqlərini qabaqlamaq üçün unikal gediş etdi. Leqal hədəflər məsələsini gündəmə gətirdi. Kreml Kiyevə uzaqmənzilli silahların verilməsi fonunda Rusiyanın da nüvə zərbəsi endirməyə başlayacağı ilə bağlı açıqlamalar səsləndirildi. İndi əsas məsələ Ukraynaya bu silahlardan istifadəyə icazə verilib-verilməyəcəyidir. Lakin prosesin öldürücü məqama yetişəcəyini düşünmürəm”.
Safura Bənnayeva
Globalinfo.az













