borrel

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb.

Globalinfo.az xəbər verir ki, məlumatı “Faynənşıl Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, XİN liderləri İsrail-Livan sərhədindəki vəziyyəti müzakirəsi üçün toplaşırlar.

Qeyd edək ki, İsrail bundan öncə Hizbullah lideri Həsən Nəsrullah və onun bir neçə köməkçisini öldürüb. Üstəlik, Livan ərazisinə zərbələr hələ davam etdirilir. Bir çox dünya lideri yaranmış vəziyyətin dərhal düzəlməsini istəyirlər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: