Pasinyan 1

Paşinyan Ərdoğana öz həyatını və kreslosunu borcludur.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ana Ermənistan Hərəkatının lideri Andranik Tevanyan çıxış edib.

“Ərdoğan Paşinyana həyat və kreslo verdi, əvəzində isə Qarabağ və Ermənistanın gələcəyini müəyyənləşdirmək haqqını aldı. Əgər Paşinyan 9 may 2018-ci ildə danışıqların dağıdılması prosesini başlatmasaydı 27 sentyabr 2020-ci il olmayacaqdı. Bundan sonra isə Xankəndi təxribatı etdi. Daha sonra isə biz xəyanətlər, axmaqlıqlar, alçaqlıqlar, biabırçılıqlar əldə etdik. İndi Paşinyan sülh adı altında yeni 27 sentyabr hazırlayır. Açıq siyasət aparılır və burada Paşinyan artıq Ərdoğanın cibindədir. Bizim seçimimiz böyük deyil. Ermənistan Türk Evinə aparılır” – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: