cin yuk

ABŞ dövlət katibi Entoni Blinken Çin xarici işlər naziri Van Yi ilə danışıqlar zamanı Pekinin Rusiyanın hərbi sənayesinə dəstəkdən narahat olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Blinken Çinin Ukraynada sülh barədə dediklərinin reallıqla üzləşmədiyini bildirib. Blinkenin sözlərinə görə, Rusiyanın idxal edilən mikroelektronikanın 90%-i Çin və Honkonqdan gedir ki, bu da Moskvaya müharibəni davam etdirmək üçün silah hazırlamağa kömək edir.

“Ona görə də Pekin bir tərəfdən deyir ki, sülh istəyirik, digər tərəfdən Çin şirkətlərinə Putinə aqressiyasını davam etdirmək üçün fəaliyyət aparmasına şərait yaradır.

BMT Baş Assambleyası çərçivəsində baş tutan görüşdə həmçinin Çinin Cənubi Çin dənizindəki destabilizasiya yaradan fəaliyyəti gündəmə gətirilib.
Bununla belə Çin XİN rəhbəri Blinkenin sözlərinə səssizlik nümayiş etdirməyib. O deyib ki, Pekinin Rusiya-Ukrayna müharibəsindəki mövqeyi açıq və dürüstdür:

“ABŞ Çini ləkələməyi və günahi onun üzərinə atmağı, sanksiyalar tətbiq etməyi və bunu qarşıdurmanın alovlandırılması üçün bəhanə kimi istifadə etməyi dayandırmalıdır”.

O həmçinin Blinkeni Tayvan məsələsində də xəbərdar edib:

“Əgər ABŞ Tayvanda sülh və stabillik istəyirsə, onlar vahid Çin prinsipinə əməl etməli, Tayvanı silahlandırmağı dayandırmalı, Tayvanın müstəqilliyinə ictimai şəkildə qarşı çıxmalı və Çinin dinc yolla birləşməsini dəstəkləməlidirlər”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: